www.zaqatala.my1.ru Понедельник, 2017-11-20, 12:15 PM

Приветствую Вас Qonaq | RSS
Ana sehife | Görmeli yerlerimiz - Forum | Qeydiyyat | Çıxış
[ Yeni ismarışlar · İstifadeçiler · Forum qaydaları · Axtar · RSS ]
Страница 1 из 11
Forum » .:Zaqatala:. » Görmeli yerlerimiz » Görmeli yerlerimiz
Görmeli yerlerimiz
AnArДата: Четверг, 2008-03-20, 9:54 AM | Сообщение # 1
Generalissimus
Группа: Administrator
Сообщений: 35
Статус: Offline
Hormetli forum istifadecileri bu bolmede yalniz Zaqatalanin en gormeli yerleri haqqinda olan movzular olacaq. Sizce Zaqatalanin en gozel ve gormeli yerleri hansiladir? Elbbette ki, yazilan mesajlar da movzuya aid olmalidir. Her kes movzular barede olan fikirlerini yaza biler. Qeyd edim ki, bolmeye aid olmayan movzular ve mesajlar silinecek.

Hormetle - Admin


..::Her şey Veten üçün::..
 
SaXSoNДата: Понедельник, 2008-03-24, 5:28 PM | Сообщение # 2
Yeni
Группа: İstifadeçiler
Сообщений: 6
Статус: Offline
Mence Zakatalada en gormeli yerlerden biri Parkdi. Belkede Azerbaycandaki ennn gozel parklardandir. wacko varmi etirazi olan? tongue

Son of Sakhur's
 
AnArДата: Понедельник, 2008-03-24, 5:32 PM | Сообщение # 3
Generalissimus
Группа: Administrator
Сообщений: 35
Статус: Offline
hands Men razi. Bashga harani demek olar? Mence Qala duzu pilekenlerini, Tunele benzer, Qax- Zaqatala arasindaki goz agaclari ile ehatelenmish trasi (yolu)da qeyd etmek olar biggrin

..::Her şey Veten üçün::..
 
CuniДата: Пятница, 2008-04-04, 10:27 AM | Сообщение # 4
Yeni
Группа: İstifadeçiler
Сообщений: 6
Статус: Offline
[color=red] Salam Zaqatala ehli men bele 1 saytin oldugunu daha yeni bilmisem ve oyrendiyimde de cooox sevindim. Men eslen Zaqatalali olsamda Bakida yasadigima gore orda coox olmamisam saysan 4 yada 5 defe amma her defe orda olanda ozumu coox xosbext hiss eliyirem esl ozumu tapiram harasi olur olsun menimcun Zaqatalanin her yeri gozeldi her yeri gezmelidi .Bakinin bu cirkabinnan qacmaq ucun en gozel yerdi o qeder temiz havasi varki insan esl havanin ne oldugunu ancaq orda olanda hiss eliyir.Bakida 2 addimnan 1 qabagima cixan restoranlari Zaqatalada mescidler evez eliyir en coox da bele seyleri xosuma gelir 1 sozle bu yerler menimcun basdan basa gozellikdi[font=Times]
 
keshaДата: Воскресенье, 2008-04-06, 1:21 PM | Сообщение # 5
Yeni
Группа: İstifadeçiler
Сообщений: 5
Статус: Offline
men zaqatalada 1 defe olmusem en coox beyendiyim yer ise adini deqiq bilmirem diese lezzet idi agaclarin ustunde idi stollar ora supppper idieee cool

Добавлено (2008-04-06, 1:21 Pm)
---------------------------------------------
Zaqatala Dövlət qoruğu 1929-cu ildə təşkil olunub. Ərazisi 23844 hektar. Qoruqda 900-dən artıq bitki növü yayılmışdır ki, bu da Azərbaycan florasının 1/6 hissəsini təşkil edir. Qoruq ərazisinin 60 %-dən çoxu enliyarpaqlı meşələrdən ibarətdir. Burada yaşı 200-250 il olan, hündürlüyü 30 m-ə çatan fıstıq ağacları vardır.Qoruqda palıd, vələs, fıstıq, qarağac, cökə, göyrüş, şabalıd, qoz, ayı fındığı, quşarmudu ağacları bitir.Bu meşələrdə dəmirqara, qara murdarça, zoğal, əzgil, alça, sarı rododendron, gəndalaş və başqa kol bitkiləri geniş yayılmışdır. Qoruqda yayılmış bitki növlərindən 12-si, məməlilərdən vaşaq və köpkər, quşlardan iri qırğı, bərqud, Qafqaz uları, Qafqaz tetrası Azərbaycanın “Qırmızı kitabı“-na, yırtıcı quşlardan toğlugötürən, Qafqaz şahini dünya “Qırmızı kitabı“-na daxil edilmişlər. Qoruğun nəzdində təbiət muzeyi fəaliyyət göstərir.

Qoruğun ərazisindən 3 böyük, bolsulu çay axır- Mazımçay, Balakənçay və Katexçay. Bu çaylar öz başlanğıclarını Böyük Qafqaz sıra dağlarının başı qarlı zirvələrindən götürür və Alazan-Əyriçay vadisindən keçərək Alazan çayına tökülürlər.

Zaqatala ərazisindən axan Katex çayının sahilləri qoruq ərazisində hər iki tərəfdən sərt qayalıqlar və sıldırımlarla əhatə olunmuşdur. Katexçayın qolları olan Roçigelçay və Kilsəçayın birləşdiyi yerdə bir müalicəvi əhəımiyyətli sulfatlı-mineral bulaq qaynayır. Bu bulağın yaxınlığında balaca bir yayla yaranmışdır. Həmin yaylada çox qədim bir kilsənin xarabalıqları vardır. Kilsəçayın axarı boyunca, bu xarabalıqlardan təxminən 800-1000 metr aralı çox böyük sahəyə malik Piçigel mağarası yerləşir. Qoruğun işçiləri bu mağaradan gecələmək məqsədi ilə istifadə edirlər. Mağaranın xarici görünüşü çox cəlbedici və yaraşıqlıdır; mağaranın üstündəki monolit qayalardan ibarət yapıq, çaya doğru uzanır, bu yapığın kənarlarında isə həmişəyaşıl sarmaşıqlardan ibarət “divar” sallanır. Mağaraya 200-250 adam rahatlıqla yerləşir. Bura həmişə quru olur. Mağaranın ətrafını isə fıstıq, vələs, çinar, cökə, qarağac və s. ağac növlərindən ibarət enliyarpaqlı qədim meşələr bürümüşdür.

Kilsəçayın Katexçaya qarışdığı yerdə, suları 20 metr hündürlükdən qulaqbatırıcı gurultu ilə dar qayalıq dərəyə tökülən, çox əzəmətli, gözəl və kifayət qədər güclü şəlalə yaranmışdır. Bu şəlaləyə Qəbizdərə və yaxud Zaqatala şəlaləsi deyilir.

Ümumiyyətlə Zaqatala Dövlət Qoruğunun ərazisində 10 yaxın şəlalə var və 15-17 sayda müxtəlif sulfatlı-mineral bulaqlar qaynayır


 
ELMARДата: Вторник, 2009-08-04, 7:03 PM | Сообщение # 6
Yeni
Группа: İstifadeçiler
Сообщений: 6
Статус: Offline
zaqatalanin her bir yeri gormelidi

RAP-RAP
 
Forum » .:Zaqatala:. » Görmeli yerlerimiz » Görmeli yerlerimiz
Страница 1 из 11
Поиск:


Copyright AnAr © 2006