www.zaqatala.my1.ru Вторник, 2024-03-19, 7:35 AM

Приветствую Вас Qonaq | RSS
Ana sehife | Qeydiyyat | Çıxış
Zaqatala

Xeberler
Zaqatala [4]
Ümumi [1]
Çox maraqlı [0]
İdman [0]

Sorğu
Saytımız barede hardan eşitdiniz?
Cemi ses verenler: 777

Tarixi və memarlıq abidələri haqda məlumat
 
  
Rayonun ərazisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən Dövlət tərəfindən qorunan 100-ə yaxın abidə qeydə alınmışdır.
  
Bunlardan ən qədimi "Pəri qala"sı, "Armatay qala"sı, "Cingöz-qala"sı "Şeytan qala"sı, "Zaqatala qala"sı və başqalarıdır. Rayonun kənd yerlərində VI-VIII əsrlərdən qalmış 10-dan çox Alban abidələri mövcuddur.
  
Rayonun Mamrux, Mazıx, Muxax, Qəbizdərə, Yuxarı Tala və Yuxarı Çardaxlar kəndlərində VI-VIII əsrlərdən qalmış çoxlu Alban abidələri, qalaları vardır ki, maliyyə çətinlikləri üzündən onların yenidən bərpası mümkün olmasa da qismən də olsa qorunması sahəsində müəyyən işlər görülür. Yerlərdə mövcud olan məscidlərin isə hamısında yenidənqurma, bərpa işləri aparılmış, tarixi abidə kimi onların qorunması təmin edilir.
  
Zaqatala qalası 1830-cu ildə Zaqatala şəhəri ərazisində tikilmişdir. Qalada toplarla təchiz edilmiş güclü qarnizon saxlanılırdı. Zaqatala qalası Çar hakimiyyətinə qarşı bir sıra kəndli çıxışlarının yatırılmasında əsas dayaq məntəqəsi olmuşdur. Çar hakimiyyəti "Potyomkin" zirehli gəmisinin inqılabçı matroslarını Zaqatalaya sürgün etmiş və onlar Zaqatala qalasında yerləşdirilmişdi.
 
Zaqatala qalası tarixi abidə kimi dövlət tərəfindən qorunur.
 
Zaqatala qalasında saxlanılan matrosların inqilabi fəaliyyəti barədə yazıçı Qılman İlkin "Qalada üsyan" romanını yazmış və həmin əsər əsasında "Yenilməz batalyon" bədii filmi çəkilmişdir.
 
Giriş

Xeber arxivi
«  Март 2024  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Xeber axtar

Dost Linkler

Statistika


Copyright AnAr © 2006