www.zaqatala.my1.ru Суббота, 2024-04-20, 11:14 AM

Приветствую Вас Qonaq | RSS
Ana sehife | Qeydiyyat | Çıxış
Zaqatala

Xeberler
Zaqatala [4]
Ümumi [1]
Çox maraqlı [0]
İdman [0]

Sorğu
Saytımız barede hardan eşitdiniz?
Cemi ses verenler: 777

İstirahət və turizm zonaları, idman kompleksləri haqda məlumat
 
 
Zaqatala rayonunda aşağıdakı istirahət və turizm zonalarını qeyd etmək olar: Zaqatala Təbiət Qoruğu - Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında 1929-cu ildə yaradılmışdır, dəniz səviyyəsindən 600-3600 metr hündürlükdə yerləşir, 23844 ha əraziyə malikdir. Qoruqda 800-dən çox bitki növü vardır, 32 növ məməli heyvan, 90 növə qədər köçəri və oturaq quşlar yaşayır.
 
Heydər Əliyevin adına Zaqatala Mədəniyyət və İstirahət parkı - 1947-ci ildə salınmışdır. 13 hektar əhatə edən parkda 27 növ ağac əkilmişdir, ərazisində  karusellər, hovuz, abidə və digər iaşə obyektləri vardır. Parkın aşağı hissəsində Qədim Qala düzü pilləkanları, Zaqatala Qalası, Dədə Qorqud meydanı, şəhərdə olan Təzə Məscid binası, Tarix Diyarşünaslıq muzeyi, Pipan ərazisində dağ hissədə olan qədim bürclər, Yuxarı Çardaxlar kəndində olan bürclər və dağlıq yamacında olan Pəri qala kimi abidələr, Mosul, Aşağı Tala, Əliabad Kəndlərində olan məscid və minarələr, Mamrux kəndində olan qəbir-abidələri.
 
Zaqatala şəhəri mərkəzində - H. Əliyev prospekti 92 ünavnında "Zaqatala Hotel" i fəaliyyət göstərir.
 
"Ləzzət" istirahət guşəsi-rayon mərkəzindən 4 km-də, Car kəndi ərazisində, dağ ətəyində yerləşir və 1987-ci ildən fəaliyyət göstərir. 
 
Zaqatala rayonunun Mazıx kəndində, Qəbizdərədə yerləşən şəlalə Böyük Qafqazın cənub yamacından Katex çayı hövzəsini formalaşdıran, hündürlüyü 3648 metr olan Quton dağının baş suayrıcından başlanğıcını götürür və cənuba doğru Qanıx çayına daxil olur. Şəlalənin hündürlüyü 14 metrdir. Şəlalənin töküldüyü yerin mənzərəsi və təbiəti insanı heyran edir.
 
"Balıqçılıq" - istirahət mərkəzi Zaqatala rayonunun Makov kəndi ərazisində yerləşir. Burada turistlərin istirahəti üçün balıq ovu və səyahətlər təşkil olunur. İstirahət mərkəzində yerləşən motel lyuks və super lyuks otaqlarla təchiz olunmuş, motel bir dəfəyə 20 nəfər qonaq qəbul edə bilər.
 
Zaqatala rayonu respublikanın zəngin idman adət-ənənələri olan rayonlarından biridir. Zaqatala idmanı şanlı inkişaf yolu keçmişdir. Rayonda 35 idman ustası, 120-yə yaxın ustalığa namizəd, yüzlərlə dərəcəli idmançı vardır. Zaqatala rayonunda 2 Uşaq, Gənclər idman məktəbi və Şahmat məktəbi fəaliyyət göstərir.
 
Rayonda orjinal arxitekturaya malik, 8 milyard manat dəyərində olan Olimpiya İdman Kompleksinin tikintisinə başlanılmışdır. Kompleksdə tutumu 7-10 min nəfər olan futbol meydançası inşa edilir və 2005-ci ilin may ayında istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
 
 
        
 
 
 
Zaqatala Dövlət Təbiət Qoruğu - cənubi Qafqazda ən qədim qoruqlardan biridir. Qoruq 1929-cu ildə təşkil edilmişdir. Zaqatala-Balakən inzibati rayonlarının ərazisində, Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında yerləşir. Dəniz səviyyəsindən 600-3600 metr yüksəkliyə malikdir. Ərazisi 23844 hektardır. Onun 65,9 faizi meşələr, 21,2 faizi subalp və alp çəmənlikləri, 13,6 faizi isə az məhsuldar yüksək sal qayalıqlardır. Qoruqda 800-dən çox bitki növünə təsadüf edilir. 12-yə qədər bitki növü Azərbaycanın "Qırmızı kitab"ına salınmışdır.

Qoruqda dəniz səviyyəsindən 1800-2100 m hündürlükdə parkşəkilli subalp meşələri inkişaf etmişdir. Bir qədər yuxarılarda bu meşələri dağ çəmənlikləri əvəz edir. Çəmənliklərdə arabir ləkələr şəklində Qafqaz rododendronu (Qafqaz xaniməlisi), ardıc və başqa kollar rast gəlinir.

2400-m-dən başlayaraq alp çəmənlikləri başlayır. 2800-3000 m yüksəkliyə kimi davam edən alp çəmənliklərini tədricən qayalıq bitkiləri əvəz edir. Qoruğun aşağı meşə qurşağında (600 m-dən 1200 m-dək) palıd, vələs, fısdıq, qarağac, cökə, göyrüc, şabalıd, qoz, ayı fındığı, quşarmudu ağacları bitir. Bu meşələr dəmirqara, qara mundarça, zoğal, əzgil, alça sarı rododendron (sarı sanıməli), kəndalaş və başqa kol bitkiləri geniş yayılmışdır.

Qoruqda yüksək məhsuldar dağ çəmənlikləri, toxunulmamış meşə və kolluqlar qoruğun ərazisində cütdırnaqlı məməli heyvanların yaşayıb çoxalması üçün tam əlverişlidir.

Qoruqda heyvanlar aləmi olduqca zəngindir. Burada 32 növ məməli heyvan, 90 növə qədər köçəri və oturaq quşlar yaşayır. Qoruqda yaşayan məməlilərdən 2 növü vaşaq (Felis linx) və köpkər (Rupicarra r.) Azərbaycanın "Qırmızı kitabına" daxil edilmişdir.

Qoruqda əsasən beş növ cütdırnaqlı heyvanlar, Dağıstan təkəsi, Qafqaz Nəcib maralı, köpkər, Avropa cüyürü və qaban, toyuqkimilər dəstəsindən olan 2 növ quş, tetra və ulsar yaşayır və hər il bu heyvanların və quşların siyahıya alınması aparılır. İlkin materiallar təhlil edildikdən sonra sayı dəqiqləşdirilir. Beləliklə, 2004-cü ildə həmin cütdırnaqlı heyvanların sayı belədir: Dağıstan təkəsi - 1982, Qafqaz Nəcib maralı - 335, köpkər - 192, cüyür -188, qaban - 320 baş olmuşdur. Cütdırnaqlı heyvanlardan savayı qoruğun faunası yırtıcı heyvanlarla da zəngindir. Qoruq ərazisində canavar, Qonur Qafqaz ayısı, az miqdarda da olsa vaşaq, meşə və daşlıq dələləri, gəlincik, Altay və Qafqaz sincabları, meşə pişiyi yaşayır.

Qoruqda hal-hazırda 10 dəstədə təmsil olunan 103 növ quş yaşayır. Qoruqda toyuqkimilər dəstəsinin endemik quş növlərindən Qafqaz uları və Qafqaz tetrası diqqəti cəlb edir. 2004-cü ilin siyahıya alınmasının nəticələrinə görə qoruq ərazisində Qafqaz tetrasının 283, Qafqaz ularının 144 fərdi yaşadığı dəqiqləşdirilmişdir.

Yırtıcı quşlardan dünya "Qırmızı kitabına" daxil edilmiş toğlu-götürən, məhdud sayda olsa da Qafqaz şahini, Azərbaycan "Qırmızı kitaı"na düşən nadir quşlardan iri qırğı, bərqud, Qafqaz uları, Qafqaz tetrası Zaqatala qoruğunun sakinidirlər.

Zaqatala Qoruğu Respublikanın Şimali-dağlıq hissəsinin bitki və heyvanat aləminin qorunub saxlanılmasında, zənginləşməsində və təbii ehtiyatların öyrənilməsində səmərəli iş aparır. Burada 1951-ci ildən elmi-tədqiqat işləri ilə məşğul olan elmi şöbə fəaliyyət göstərir. Qoruğun nəzdində "Təbiət muzeyi" vardır.
 
Giriş

Xeber arxivi
«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Xeber axtar

Dost Linkler

Statistika


Copyright AnAr © 2006