www.zaqatala.my1.ru

Среда, 2024-04-24, 1:25 PM

Приветствую Вас Qonaq | RSS
Ana sehife | Qeydyyat | Çıxış
Zaqatala

Xeberler
Zaqatala [4]
Ümumi [1]
Çox maraqlı [0]
İdman [0]

Sorğu
Saytımız barede hardan eşitdiniz?
Cemi ses verenler: 777

Görkəmli şəxslər haqda məlumat
 
 
Zaqatala rayonu özünün elm adamları, ziyalıları, əmək qəhrəmanları ilə də tanınmışdır. Rayonun alimlərinin böyük bir qrupu respublikanın paytaxtı Bakı şəhərində və dünyanın bir çox dövlətlərində öz elmi yaradıcılıqlarını uğurla davam etdirirlər. Rayonda 30-dək elmlər doktoru, professor yetişmişdir ki, belələrinə misal olaraq fizika-riyaziyyat elmləri doktoru, professor Abdulla Muxtarovu, biologiya elmləri doktoru, professor Şaban Barxalovu,  fizika-riyaziyyat elmləri doktoru, professor Həşim Həşimovu, filologiya elmləri doktoru, professor Abdulla Qarayevi və başqalarını göstərmək olar.
 
Zaqatalanın maariflənməsində rayonun ziyalılarının böyük rolu olmuşdur. Hələ XIX əsrdə Qori müəllimlər seminariyasında təhsil almış Qandax kənd sakini Aslanov Hacıməhərrəm Qurbanəli oğlunu, Muradov Məhərrəm Murad oğlunu, Əfəndizadə Həmzəti və digərlərini misal göstərmək olar.
 

Kiçikxanlı Bayram Niyazi Hacızadə Faldar kəndində anadan olmuşdur. O, Orenburq seminariyasını bitirdikdən sonra Bakıda əmək fəaliyyətinə başlamış, burada da inqilabi hərəkata qoşulmuşdur. Azərbaycan Demokratik Respublikası dövründə parlamentin üzvü və katibi olmuşdur.

Azərbaycan Demokratik Respublikasında parlament üzvü, Ziraət (Əkinçilik) komissarı olmuş Aslanbəy Qardaşov da görkəmli ziyalılarımızdan biri olmuşdur.
 
1839-cu ildə anadan olmuş, dövrünün ən kamil ilahiyyatçı alimi sayılan Şeyx Əhməd Əfəndi, Nasih Əfəndi kimi alimlər, üləmalar, din xadimləri hərəsi bir örnək, bir tarix olan insanlar yaşayıb yaratmışlar.
 
Rayon Azərbaycanın ədəbiyyatına da öz görkəmli nümayəndələrini vermişdir. XIX əsr Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən biri də Aşıq Məhəmməddir. O Zaqatala rayonunun indiki Bəhmətli kəndində yaşayıb yaratmışdır.
 
Aşıq Məhəmməddən (Varxiyanlı) sonra rayonda aşıq Dibrov (Kaman) aşıq Arab, Aşıq Murtuzəli və s. sənətkarlar yetişmişdir.
 
XX əsr Azərbaycan ədəbiyyatının gözəl nümayəndələrindən biri yazıçı-dramaturq Xalidə Hasilova Zaqatalada doğulub boya-başa çatmışdır. Xalidə Hasilova 1972-ci ildən ömrünün sonuna qədər - 5 dekabr 1996-cı ilədək "Azərbaycan qadını" jurnalının baş redaktoru vəzifəsində çalışmışdır.
 
Zaqatalanı şöhrətləndirən, onu hüdudlarından kənarda tanıdan qəhrəman oğullarımız da vardır. Belə qəhrəmanlardan biri də General-leytenant Balakişi Ərəblinski 1848-ci ildə Peterburqdakı I-ci dərəcəli Kadet korpusunu bitirmiş, 50 il qüsursuz hərbi xidmət etmişdir. O vaxt Rusiyada olan bütün yürüş və döyüşlərin iştirakçısı olmuş, müxtəlif orden və silahlarla qiymətləndirilmişdir. O, Qafqazın, müsəlman əhalisindən Rusiyada ilk Ali hərbi təhsil alan Azərbaycan oğlu idi.
 
1941-1945-ci illərdə baş vermiş Sovet-Alman müharibəsindəki qələbənin qazanılmasında müstəsna xidmətləri olanlardan biri də zaqatalalı Sovet İttifaqı Qəhrəmanı General-mayor Səlahəddin İsa oğlu Kazımovdur. O, ordu sıralarında vzvod, batareya, diviziya komandiri olmuş. 1943-cü ildə mərdlik və igidliyinə görə Sovet İttifaqı Qəhrəman ıadına layiq görülmüşdür. Ataların qəhrəmanlıq yolunu oğullar davam etdirmişdir. Torpaqlarımızın bütövlüyü, dövlətimizin müstəqilliyi uğrunda mübarizədə iştirak edən Natiq Bəşir oğlu Məmmədov, Faiq İsfəndiyar oğlu Əmirov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş, rayonumuzun 196 gənc oğlu öz canından keçərək şəhid olmuşdur.
 
Zaqatalalılar əmək cəbhəsində də həmişə ön mövqedə olmuş, rayonumuza şan-şöhrət gətirmişlər. Gülbənövşə Kərimova, Mina Nəzirova, Mesed Musaqova, Sevil Qaziyeva, Zalxay Həsənova, Əhməd Mahmudov kimi əmək qabaqcılları Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşlər.
 
Giriş

Xeber arxivi
«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Xeber axtar

Dost Linkler

Statistika


Copyright AnAr © 2006