www.zaqatala.my1.ru

Воскресенье, 2017-04-30, 6:01 AM

Приветствую Вас Qonaq | RSS
Ana sehife | Qeydiyyat | Çıxış
Zaqatala

Xeberler
Zaqatala [4]
Ümumi [1]
Çox maraqlı [0]
İdman [0]

Sorğu
Sayt xoşunuza geldimi?
Cemi ses verenler: 1676

Kənd və Qəsəbələr
  

Aşağı  Tala

Aşağı  Tala kəndini  rayon mərkəzindən  Tala  çayı  ayırı. Şimali-şərqdən  Yuxarı  Tala  kəndi,  qərb tərəfdən  Tala  çayı,  cənubdan isə  Əli  Bayramlı  kəndi  ilə həmsərhəddir.

Kəndin ərazisi 4150 hektardir. Əhalisi  6298  nəfər, əsasən  azərbaycanlılardır. Dini  mənsubiyyəti  müsəlman.

Kənddə  3 orta  məktəb,  bir  texniki peşə  məktəbi, həkim məntəqəsi, mədəniyyət evi,  uşaq baxçası,  klub,  3  kitabxana,  məscid binası, 3 hücrə, futbol meydançası  vardır.

Əhalinin  əsas məşguliyyəti  əkinçilik,   tütünçülük,  baramaçılıq,  fındıqçılıq,  tərəvəzçilik,  bağçılıq və  maldarlıqdır.

  

  
Aşağı  Çardaxlar

Aşağı  Çardaxlar kəndi, rayon mərkəzindən 32 km cənub-qərbdə yerləşir. Şimal  tərəfdən  Balakən  rayonunun  İtitala  kəndi, şimal-şərqdən  Danaçı  kəndi,  cənub-qərbdən isə Alazan çayı boyunca 24 km məsafədə  Gürcüstan Respublikası ilə həmsərhəddir.

Kəndin ərazisi 75  hektardir. Əhalisi  1042  nəfər, əsasən  avarlardir. Dini  mənsubiyyəti  müsəlman.

Kənddə 259  şagird yerlik orta məktəb binası, feldşer-mama  məntəqəsi, kitabxana,  129  yerlik  ATS, məscid binası, futbol meydançası   vardır.

Əhalinin  əsas məşguliyyəti  əkinçilik,   tütünçülük,  fındıqçılıq,  tərəvəzçilik,  bağçılıq və  maldarlıqdır.

  
  
  
  
Bəhmətli
Bəhmətli kəndi, rayon mərkəzindən  18 km məsafədə  yerləşir. Şərq tərəfdən lahıc, şimal-qərb tərəfdən Əliabad, cənubdan isə Alazan çayı boyunca Gürcüstan Respublikası ilə həmsərhəd  olmaqla  iki  kəndi (Bəhmətli    Kürdəmir) birləşdirir.

Kəndin ərazisi 3697 hektardir. Əhalisi  4286 nəfər (Bəhmətli-4098    Kürdəmir-187), əsasən  azərbaycanlılardır. Dini  mənsubiyyəti  müsəlman.

Kənddə 1 orta, 1 əsas məktəb, kənd  xəstəxanası,  aptek, məscid, futbol meydançası  vardır.

Əhalinin  əsas məşguliyyəti  əkinçilik,   tütünçülük,  fındıqçılıq,  tərəvəzçilik,  bağçılıq və  maldarlıqdır.

  
 
 

Car

Car  ərazi  nümayəndəliyi,  rayon mərkəzindən 1 km şimalda, Böyük  Qafqaz  sıra  dağlarının  ətəklərində yerləşir. Şərq tərəfdən Tala  çayı, şimaldan  Qafqaz  dağları, qərb tərəfdən Kebeloba  kəndi, cənubdan isə  Zaqatala  şəhəri ilə həmsərhəddir. Nümayəndəlik  özündə  üç  kəndi (Car,  Zilban,  Axaxdərə)  birləşdirir.

Nümayəndəliyin ərazisi 1314 hektardir. Əhalisi  3245 (Car-2405,  Zilban-551,  Axaxdərə-289) nəfər, əsasən  avarlardir. Dini  mənsubiyyəti  müsəlman.

Kənddə bir orta  və bir  əsas məktəb, həkim məntəqəsi,  35 yerlik uşaq baxçası, məscid binası, 3 hücrə,   Axaxdərə  kəndində 1 ibtidai  məktəb vardır.

Əhalinin  əsas məşguliyyəti  əkinçilik,   tütünçülük,  fındıqçılıq,  tərəvəzçilik,  bağçılıq və  maldarlıqdır.

 
 
 
 

Çobankol

Çobankol ərazi  nümayəndəliyi, rayon mərkəzindən 12 km cənub-şərqdə, Qara çay    Muxax  çaylarının  sahilində yerləşir. Nümayəndəlik  şimaldan Zəyəm, Muxax,  cənubdan Əliabad  qəsəbəsi  ilə  həmsərhəd  olmaqla  üç  kəndi  (Çobankol,  Qımır,  Bazar)  özündə  birləşdirir.

Nümayəndəliyin ərazisi 2800  (Çobankol-996,  Qımır-1280  Bazar-524) hektardir. Əhalisi  4249 (Çobankol-1726,  Qımır-1637  Bazar-886)  nəfər, əsasən  azərbaycanlılardir. Dini  mənsubiyyəti  müsəlman.

Kənddə  orta məktəb, həkim məntəqəsi, mədəniyyət evi,  Poçt,  elektron  ATS,  kitabxana,  məscid,  futbol meydançası   vardır.

Bazar  kəndində  məscid,  mədəniyyət  evi,  məktəb,  feldşer-mama  məntəqəsi,  kitabxana  vardır.

Əhalinin  əsas məşguliyyəti  əkinçilik,   tütünçülük,  fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.

 
 
 

Danaçı

Danaçi ərazi nümayəndəliyi, rayon mərkəzindən 25 km cənubda, Alazan vadisində yerləşir. Nümayəndəlik şimaldan Maqov, Fındıqli, qərbdən Balakən rayonunun İtitala və Zagatala rayonunun Aşağı Çardaxlar kəndləri ilə həmsərhəd olarag, Danaçi və Uzunqazmalar kəndlərindən ibarətdir.

Nümayəndəliyin ərazisi 5425 hektardir (Danaçi-5225, Uzunqazmalar-200). Əhalisi  7318 nəfər (Danaçi-6889, Uzunqazmalar-429), əsasən  avarlardir. Dini  mənsubiyyəti  müsəlman.

Kənddə 2 orta, 2 əsas, 1 ibtidai məktəb, 1 xəstəxana, 1 həkim məntəqəsi, 1 feldşer məntəqəsi, 1 mədəniyyət evi, 1 klub, 3 kitabxana, 1 uşaq baxçası,  poçt, elektron ATS, 2 məscid, futbol meydançası vardır.

Əhalinin  əsas məşguliyyəti  əkinçilik,   tütünçülük,  baramaçiliq, taxlçilıq, fındıqçılıq,  tərəvəzçilik və  maldarlıqdır.

 
 
 
 
 

Əli Bayramlı

Əli Bayramlı kəndi, rayon mərkəzindən 17 km cənubda yerləşir. Şimaldan və şərqdən Əliabad qəsəbəsi, qərb tərəfdən Dombabinə kəndi, cənubdan isə Muğanlı  kəndi ilə həmsərhəddir. Əli Bayramlı  ərazi nümayəndəliyi 3 kəndi (Əli bayramlı, Qalal, Qarqay) əhatə edir.

Nümayəndəliyin ərazisi  646  hektardir. Əhalisi  2803 ( Əli Bayramlı-2735, Qarqay-51, Qalal-17)  nəfər, əsasən  saxurlardır. Dini  mənsubiyyəti  müsəlman.

Nümayəndəlik 3 kənddən ibarətdir. Nümayəndəlikdə 1 orta məktəb, 1 uşaq baxçası-körpələr evi, Əli Bayramlı kənd xəstəxanası, mədəniyyət evi, 2 klub, 2 kitabxana, poçt şöbəsi, elektron ATS, Əli Bayramlı baytarlıq dairəsi vardır.

Əhalinin  əsas məşguliyyəti  əkinçilik və maldarlıqdır.

 

Əliabad

Əliabad qəsəbəsi, rayon mərkəzindən 18 km aralı, Zaqatala-Balakən  şose yoluna  bitişik  bir  ərazidə   yerləşir. Qəsəbə  Qımır,  Suvagil,  Lahıc,  Bəhmətli,  Mosul,  Yengiyan,  Qandax,  Əlibayramlı  kəndləri  ilə  həmsərhəddir.

Ərazisi  6000  hektardır. Əhalisi  8850  nəfər,  əksəriyyəti  ingiloylardır. Dini  mənsubiyyəti, əsasən  müsəlman.

Qəsəbədə  4  ümümtəhsil  məktəbi, 3  uşaq  baxçası, 1 mədəniyyət  evi, 3  klub, 4  kitabxana,  2 rabitə  şöbəsi,  1 elektron  ATS,  75  çarpayılıq  xəstəxana    doğum  evi,  2  aptek,  1  yanğınsöndürmə  məntəqəsi  vardır.

Əhalinin  əsas məşguliyyəti  əkinçilik, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.

 
 
 

Faldarlı

Faldar kəndi, rayon mərkəzindən 32 km cənub-qərbdə  Alazan-Əyriçay  çökəkliyində  yerləşir.

Kəndin ərazisi 2088 hektardir. Əhalisi  1780 nəfər, əsasən  azərbaycanlılardir. Dini  mənsubiyyəti  müsəlman.

Kənddə 1 orta məktəb binası, həkim məntəqəsi, 1  klub,  2  kitabxana,  uşaq  baxçası, məscid  vardır.

Əhalinin  əsas məşguliyyəti  əkinçilik,   tütünçülük,  fındıqçılıq,  tərəvəzçilik,  bağçılıq və  maldarlıqdır.

 
 
 
 

Gözbarax

Gözbarax kəndi, rayon mərkəzindən 16 km şərqdə yerləşir. Şərq tərəfdən Suvagil, şimaldan Çobankol və Zəyəm, cənubdan Qax rayonunun Gullük kəndləri, şimal-qərb tərəfdən isə Böyuk Qafqaz sıra dağlari boyunca Rusiya Federasiyası ilə həmsərhəddir.

Kəndin ərazisi 278 hektardir. Əhalisi  1854 nəfər, əsasən  saxurlardir. Dini  mənsubiyyəti  müsəlman.

Kənd 8 obadan ibarətdir. Kənddə 1 orta məktəb, həkim məntəqəsi, mədəniyyət evi, məscid, 2 hücrə, futbol meydançası vardir.

Əhalinin  əsas məşguliyyəti  əkinçilik,   tütünçülük,  tərəvəzçilik,  bağçılıq və  heyvandarliq.

 
 
 
 

Göyəm

Göyəm ərazi  nümayəndəliyi,  rayon mərkəzindən  cənubda, Tala çayın  sağ sahilində yerləşir    dörd  kəndi (Göyəm,  Çökək,  Sumaylı,  Dardoqqaz) özündə  birləşdirir.

Nümayəndəliyin  ərazisi 3368,6   hektardir. Əhalisi  4157  (Göyəm-1914,  Çökək-935,  Sumaylı-656,  Dardoqqaz-652) nəfər, əsasən  azərbaycanlılar,  avarlar,  saxurlardır.Dini  mənsubiyyəti  müsəlman.

3 orta məktəb, 1 həkim məntəqəsi,  2  feldşer-mama  məntəqəsi,  1  klub,  4  kitabxana,  2   mədəniyyət evi, 1 körpələr  evi-uşaq baxçası, 4 məscid, 1 futbol meydançası   vardır.

Əhalinin  əsas məşguliyyəti  taxılçılıq,   tütünçülük,  fındıqçılıq,  tərəvəzçilik,  bağçılıq və  maldarlıqdır.

 

 
 

Kəpənəkçi
 Kəpənəkçi kəndi, rayon mərkəzindən 26 km cənubda, Qara çayın  sağ sahilində yerləşir. Şərq tərəfdən Yengiyan kəndi, şimaldan Əliabad qəsəbəsi, qərb tərəfdən Qandax kəndi, cənubdan isə Alazan çayı boyunca Gürcüstan Respublikası ilə həmsərhəddir.

Kəndin ərazisi 1449 hektardir. Əhalisi  981 nəfər, əsasən  azərbaycanlilardir. Dini  mənsubiyyəti  müsəlman.

Kənddə orta məktəb, həkim məntəqəsi, mədəniyyət evi, uşaq baxçası, məscid, futbol meydançası vardır.

Əhalinin  əsas məşguliyyəti  əkinçilik,   tütünçülük,  fındıqçılıq,  tərəvəzçilik,  bağçılıq və  maldarlıqdır.
 
 
 

Lahıc

Lahıc kəndi, rayon  mərkəzindən 24  km  aralı, Alazan-Həftəran  vadisində  yerləşir.

Ərazisi 1167  hektardır. Əhalisi 1285  nəfər, əksəriyyəti azərbaycanlilardir. Dini mənsubiyyəti  müsəlman.

Kənddə  orta  məktəb,  mədəniyyət  evi,  həkim  ambulatoriyası,   rabitə  şöbəsi,  elektron   ATS,   2  kitabxana    vardır.

Əhalinin  əsas   məşğuliyyəti   bağçılıq,  taxılçılıq,  heyvandarlıq,  baramaçılıq,   tütünçülük,  quşçuluq    fındıqçılıqdır.
 
 
 

Mamrux

 Mamrux ərazi nümayəndəliyi, rayon mərkəzindən 23 km şərqdə yerləşir. Şərq tərəfdən Qax rayonunun Zərnə, qərbdən Muxax, Yuxari Çardaxlar və Sabunçu, cənubdan isə Ğozbarax kəndləri və şimaldan Böyuk Qafqaz sıra dağlari boyunca Rusiya Federasiyası ilə həmsərhəddir.

Nümayəndəlik 3 kənddən ibarətdir: Mamrux, Ələsgər və Cimcimax.

Nümayəndəliyin ərazisi 1011 hektardir (Mamrux-830, Ələsgər-103 və Cimcimax-78). Əhalisi  2170 nəfər (Mamrux-1494, Ələsgər-315 və Cimcimax-361), əsasən  saxurlardir. Dini  mənsubiyyəti  müsəlman.

Mamrux  kəndi 5 obadan ibarətdir. Mamrux  kəndində orta məktəb, həkim məntəqəsi, mədəniyyət evi, məscid binası, kitabxana; Ələsgər kəndində əsas məktəb, feldşer məntəqəsi, məscid binası; Cimcimax kəndində əsas məktəb, feldşer məntəqəsi, kitabxana, hücrə vardir.

Əhalinin  əsas məşguliyyəti  əkinçilik,  bağçılıq və  heyvandarlıq.
 
 
 

Mazıx

Mazıx kəndi,  rayon  mərkəzindən  5  km  aralı,  Zaqatala – Balakən   şose  yolunun  yaxınlığında, Katex  çayının  sağ  sahilində   yerləşir.Qəbizdərə  kəndi, Qazangül  qəsəbəsi,  Katex  çayı ilə həmsərhəddir. Mazıx  ərazi  nümayəndəliyi 4 (Mazıx, Qəbizdərə, Beretbinə,  Cicixana)  kənddən  ibarətdir.

Nümayəndəliyin ərazisi 1568  hektar. Əhalisi  2003  nəfər, əksəriyyəti  avarlardır. Dini  mənsubiyyəti  müsəlman.

Mazıx  kəndində  orta  məktəb,  həkim  ambulatoriyası, klub,  poçt,  ATS,  uşaq  baxçası,  baytarlıq  dairəsi,  asfalt  zavodu vardır.

Əhalinin  əsas  məşğuliyyəti  maldarlıq,  meyvəçilik,  əkinçilik,  fındıqçılıqdır.
 
 

Muxax 

Muxax kəndi, rayon mərkəzindən 12 km sərqdə, Muxax çayının  sağ sahilində yerləşir. Şərq tərəfdən Mamrux, şimaldan Yuxarı Çardaxlar, qərb tərəfdən Yuxarı  Tala, cənub-şərqdən Zəyəm, cənubdan isə Çobankol,  Qımır,  Bazar,  Əliabad  kəndləri ilə həmsərhəddir.

Kəndin ərazisi 3230  hektardir. Əhalisi  7347  nəfər, əsasən  azərbaycanlılardir. Dini  mənsubiyyəti  müsəlman.

Kənddə 2 orta məktəb, 1  əsas məktəb, 1  xəstəxana, mədəniyyət evi, uşaq baxçası, məscid binası, futbol meydançası,  poçt, 1008 nömrəlik ATS vardir.

Əhalinin  əsas məşguliyyəti  əkinçilik, tütünçülük,  fındıqçılıq,  tərəvəzçilik,  bağçılıq və  maldarlıqdır.
 
 

Maqov

Maqov ərazi nümayəndəliyi, rayon mərkəzindən 12 km cənubda, Qara çayın   sahilində yerləşir. Maqov  ərazi  nümayəndəliyində  yeddi kənd birləşir: Maqov, Yolayrıc, Höytala, Paşan, Vöhtala, Abaəli, Fındıqlı.

Nümayəndəliyin  ərazisi  4057 hektardir. Əhalisi  4978 nəfər (Maqov-1441, Yolayrıc-1229, Höytala-671, Paşan-866, Vöhtala-220, Abaəli-25, Fındıqlı-575), əsasən  avarlardir. Dini  mənsubiyyəti  müsəlman.

Maqov  kəndində inzibati bina, poçt və rabitə şöbəsi, orta məktəb, həkim ambulatoriyası, məscid binası, futbol meydançası vardır.

Əhalinin  əsas məşguliyyəti  əkinçilik, baramaçıiıq, tütünçülük,  fındıqçılıq,  tərəvəzçilik,  bağçılıq və  maldarlıqdır.

 

Muğanlı

Muğanlı kəndi, rayon mərkəzindən 25 km cənubda, Alazan çayının   sahilində yerləşir. Şərq tərəfdən Faldar, şimaldan Əlibayramlı, qərb tərəfdən  Uzun  Qazmalar kəndləri, cənubdan isə Alazan çayı boynca Gürcüstan Resp.sı ilə həmsərhəddir.

Kəndin ərazisi 2680 hektardır. Əhalisi  2450 nəfər, əsasən  azərbaycanlılardir. Dini  mənsubiyyəti  müsəlman.

Kənddə 1 orta məktəb, həkim məntəqəsi, mədəniyyət evi, 1 uşaq baxçası, 2  kitabxana, ATS,  məscid, futbol meydançası, 1  mobil  telefon  stansiyası  vardır.

Əhalinin  əsas məşguliyyəti  əkinçilik,  tütünçülük,  bitkiçilik və heyvandarlıqdır.

 
 
 

Yeni  Suvagil 

Suvagil kəndi,   rayon  mərkəzindən 22  km  cənub-şərqdə,  Alazan-Həftəran  vadisində  yerləşir. Cənub    şərqdən  Qax  rayonunun,  şimal    qərbdən  Zaqatala  rayonunun  kəndləri  ilə  həmsərhəddir

Kəndin  ərazisi 560 hektardır. Əhalisi  4573 nəfər,  əksəriyyəti  saxurlardır. Dini  mənsubiyyəti,  müsəlman.

Kənddə  2  orta  məktəb,  2  uşaq  baxçası,   mədəniyyət  evi,  kitabxana,  klub,  aptek,   məişət   evi,  məscid,  futbol  meydançası    vardır.

Əhalinin  əsas  məşğuliyyəti:   heyvandarlıq    bitkiçilik.
 
 
 

Yuxarı Çardaxlar

kəndi, rayon mərkəzindən 14 km şimali-şərqdə yerləşir. Şimal  tərəfdən  Böyük  Qafqaz  sıra  dağları, cənubdan  Muxax  kəndi   ilə həmsərhəddir.

Kəndin ərazisi 1293  hektardir. Əhalisi  2141  nəfər, əsasən  avarlardir. Dini  mənsubiyyəti  müsəlman.

Kənddə  orta məktəb, həkim  məntəqəsi, mədəniyyət  evi,  uşaq  bağçası,  EATS,  rabitə  şöbəşi,   məscid, futbol meydançası   vardır.

Əhalinin  əsas məşguliyyəti  əkinçilik, tütünçülük, fındıqçılıq, tərəvəzçilik,  bağçılıq və  heyvandarlıqdır.

Giriş


 

Xeber arxivi
«  Апрель 2017  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930


 

Xeber axtar


 


 

Statistika


 


 

Copyright AnAr © 2006