www.zqatala.my1.ru Пятница, 2024-04-19, 7:05 AM

Приветствую Вас Qonaq | RSS
Ana sehife | Регистрация | Çıxış
Zaqatala

Xeberler
Zaqatala [4]
Ümumi [1]
Çox maraqlı [0]
İdman [0]

Sorğu
Saytımız barede hardan eşitdiniz?
Cemi ses verenler: 777

Ümumi məlumat
 
 
Zaqatala rayonu Böyük Qafqaz sıra dağlarının ətəyində Azərbaycanın şimal-qərbində yerləşir. Rayon şimal-şərqdə Rusiya Federasiyasının Dağıstan Respublikası ilə, qərbdə Balakən rayonu ilə, şərqdə isə Qax rayonu ilə həmsərhəddir. Rayonun şimal-şərq ərazisində dağlıq, cənub və cənub-qərb hissədə düzənlik relyef üstünlük təşkil edir. Rayonda ən uca nöqtə Quton dağıdır. (3648 m). Düzənlikdə mülayim, dağlarda soyuq iqlim müşahidə olunur. Yanvar ayının orta temperaturu düzənlikdə -1°C, dağ-larda -10°C, iyul ayının orta temperaturu isə, müvafiq olaraq +24°C və +5°C olur. Burada ildə 600-1600 mm yağıntı düşür. Rayon arazisinın yarısı, əsasən dağlıq ərazilər, meşələrlə örtülmüşdür. 
Zaqatala - beynəlmiləl rayondur. Burada əsasən  azərbaycanlılar, saxurlar, avarlar, ingiloylar ruslar və başqaları yaşayır.
Rayonun ərazisində çoxsaylı tarix və mədəniyyət abidələri var.
Mərkəzi Zaqatala şəhəridir. Şəhər dəniz səviyyəsindən 535 metr hündürlükdə Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərindən 445 km aralıda, Tala çayının sahilində, Yevlax-Balakən şossesi yolunun üzərində yerləşir.
 
Telefon kodu: (994) 174
 
Rayon turizm idarəsi: Tel. 5 29 32
 
Necə getməli.
Avtonəqliyyatla: Bakı-Zaqatala avtobusları - 7 - 8 saat.
Qatarla: Bakı-Balakən -11 saat.
 
  • Ümumi ərazi, [kv.km] - 1348.00
  • Əhalinin ümumi sayı - 111600
  • Kəndlərin sayı - 59
  • Qəsəbələrin sayı - 2
  • İri və orta müəssisələrin sayı - 71
  • Məktəbəqədər uşaq müəssisələrinin sayı - 39
  • Ümumtəhsil məktəblərinin sayı - 67
  • Texniki, orta ixtisas və peşə məktəblərinin sayı - 4
  • Ali təhsil müəssisələrinin sayı - 2
  • Xəstəxanalar və tibb müəssisələrinin sayı - 10
  • Mədəniyyət ocaqlarının sayı - 143
 
 
Bələdiyyələr haqda məlumat
 
Zaqatala rayonunda 31 bələdiyyə fəaliyyət göstərir. Zaqatala bələdiyyəsi Zaqatala şəhərini əhatə edir. Rayonda elə bələdiyyələr vardır ki, onların tərkibində bir neçə kənd yaşayış məntəqələri vardır.
 
Ümumiyyətlə mövcud olan 31 bəldiyyənin tərkibində 1 şəhər, 1 şəhər tipli qəsəbə və 59 kənd yaşayış məntəqələri vardır.
 
01 yanvar 2004-cü il tarixə rayonda 110830 nəfər əhali yaşayır ki, onun da 83297 nəfəri kənd yerlərində məskunlaşmışdır.
 
 
Giriş

Xeber arxivi
«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Xeber axtar

Dost Linkler

Statistika


Copyright AnAr © 2006