www.zaqatala.my1.ru Вторник, 2024-03-19, 8:05 AM

Приветствую Вас Qonaq | RSS
Ana sehife  | Qeydiyyat | Çıxış
Zaqatala

Xeberler
Zaqatala [4]
Ümumi [1]
Çox maraqlı [0]
İdman [0]

Sorğu
Saytımız barede hardan eşitdiniz?
Cemi ses verenler: 777

Əsas təsərrüfat fəaliyyəti haqda məlumat
 
Kənd təsərrüfatı, sənaye, nəqliyyat və rabitə, tikinti, ticarət və xidmət sahələri rayonun əsas təsərrüfat sahələridir. Ölkənin mühüm kənd təsərrüfatı rayonlarından olan Zaqatala ərazisinin 41 faizini və ya 57 min hektarı kənd təsərüffatına yararlı torpaqlar təşkil edir.
 
Rayon iqtisadiyyatında taxılçılıq, tütünçülük və heyvandarlıq əsas yer tutur. Bununla yanaşı, təsərrüfatlarda çay, kartof, tərəvəz, bostan və yem bitkiləri də becərilir.
 
Rayonda 9 min hektara yaxın bağ sahələri vardır. Rayonda istehsal olunan ümumi daxili məhsulun 55-60 faizi aqrar bölmənin, 20 faizi sənaye məhsullarının payına düşür.
 
Sənaye müəssisələri əsasən fermentləşdirilmiş tütün, fındıq ləpəsi, çörək və un məmulatı, çay istehsalı, süd və süd məhsulları, pivə və alkoqolsuz içkilər və digər məhsullar üzrə ixtisaslaşmışdır. Rayonun sənaye müəssisələrində hal-hazırda ildə orta hesabla 2005 ton tütün, 3000 ton fındıq ləpəsi, 5200 ton çörək və un məmulatı, 17,2 ton çay, 131,0 min dikalitr pivə və digər məhsullar istehsal edilir.
 
Tikinti, rabitə, ticarət və xidmət sahələri də rayonun təsərrüfat fəaliyyətində əsas rol oynayır. Belə ki, son ildə rayonun əmtəə dövriyyəsinin həcmi 138,2 milyard manat, pullu xidmətlərin həcmi isə 10,0 milyard manat olmuş, ildə orta hesadla 10,2 milyard manat həcmində tikinti və quraşdırma işləri aparılmış, 2,4 milyard manatlıq rabitə xidməti göstərilmişdir.
 
 
Əsas kənd-təsərrüfat bitkilərinin adları
 
1. Payızlıq taxıl
2. Meyvə-giləmeyvə
3. Qarğıdalı
4. Yaşıl çay
5. Fındıq
6. Qoz
7. Şabalıd
8. Tütün
9. Günəbaxan
10. Tərəvəz
11. Bostan
 
Giriş

Xeber arxivi
«  Март 2024  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Xeber axtar

Dost Linkler

Statistika


Copyright AnAr © 2006